Azərbaycan Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aprel ayında müvəqqəti yaşama ilə bağlı 3437, daimi yaşama (müddətin uzadılması) ilə bağlı 457 icazə vəsiqəsi verilib.
Gununsesi.info xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, 42 nəfərin isə ölkədə müvəqqəti olma müddəti uzadılıb.
Qeyd edək ki, DMX tərəfindən ay ərzində ümumilikdə 3936 şəxsə respublikada müvəqqəti və daimi yaşama, o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar verilib.
Gununsesi.info