39 elektron xidmət vətəndaşların istifadəsinə verilib

  • By admin
  • 14 İyul 2016 17:02

 

elik

 

Səhiyyə sisteminin müxtəlif sahələrində informasiya texnologiyalarının tətbiqi genişləndirilməkdədir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən xəbər görə, ümumilikdə nazirlikdə “Elektron Səhiyyə” Portalı vasitəsilə 39 elektron xidmət vətəndaşların istifadəsinə verilib. Ən son tətbiq olunan e-xidmətlər sırasına “ Xəstəliklərin Beynəlxalq Təsnifatı”, “Tibb işçilərinin sertifikasiya imtahanına buraxılışının əldə edilməsi”, “Sertifikasiya şəhadətnaməsinin çapı” elektron xidmətlərini aid etmək olar.

“Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna yazılma” elektron xidməti “Elektron Səhiyyə” portal vasitəsi ilkin mərhələ kimi Bakı şəhəri üzrə uşaq poliklinikalarında tətbiq olunub. Xidmətdən istifadə çox sadə üsulla həyata keçirilir. “Elektron Səhiyyə” Portalında fəaliyyət göstərən “Onlayn konsultasiya” xidməti isə vətəndaşlara bütün elektron xidmətlər və ümumilikdə elektron səhiyyə barədə sualları cavablandırmağa imkan verir. Vətəndaşlar bu xidmət vasitəsilə öz sual və müraciətlərini birbaşa Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə ünvanlıya bilirlər. “Onlayn konsultasiya” xidməti vasitəsilə bütün suallar iş günləri 9:00-dan 18:00-a qədər real vaxt rejimində cavablandırılır. Qeyri iş günləri isə növbəti iş günü ərzində müraciət edənin elektron poçtuna cavab göndərilir.

Gununsesi.info