39 körpənin oksigen çatışmazlığı səbəbindən həyati təhlükəsi var

Fələstin Səhiyyə Nazirliyi blokadada olan Qəzza zolağında Şifa xəstəxanasında yeni doğulan körpələrin sağlamlıq vəziyyəti ilə bağlı məlumatı yeniləyib.

Gununsesi.info xəbər verir ki, bundan əvvəl Fələstinin səhiyyə naziri Mey əl-Keyl Şifa xəstəxanasının reanimasiya şöbəsində 39 körpənin oksigen çatışmazlığı səbəbindən öldüyünü açıqlamışdı.

Şöbə növbəti açıqlamasında bu ifadəyə düzəliş edib: “Şifa xəstəxanasının reanimasiya şöbəsində saxlanılan 39 körpə oksigen çatışmazlığı səbəbindən həyati təhlükəsi var. Bundan başqa, bu problemə görə bir uşaq dünyasını dəyişib. Yanacaq xəstəxanaya çatdırılmasa, başqaları üçün də ölüm hökmü olacaq”.

Gununsesi.info