“4 ayda vətəndaşlardan 6 milyon manat oğurlanıb”

Daha 6 min 164 vətəndaş kibercinayətkarların qurbanına çevrilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılov açıqlama verib. Onun dediyinə görə, hakerlər vətəndaşları hədəf alaraq onların pullarını oğurlayır.

Daxili İşlər Nazirliyinin açıqlamasında 2025-ci ilin ilk dörd ayı ərzində hakerlərin vətəndaşlardan kiberdələduzluq yolu ilə ələ keçirdiyi vəsaitin miqdarının altı milyon manatdan çox olduğu bildirilib.  Sezar pizza

Qeyd edək ki, 2025-ci ilin birinci yarımilində dövlət xidmətlərindən istifadə edən 6 164 vətəndaşın və 47 dövlət qurumunun 95 əməkdaşının hakerlərin qurbanına çevrildiyi müəyyən edilib.

 

Gununsesi.info