
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 4-cü sinfi bitirən şagirdlər üçün “Son zəng” keçirilməsi ilə bağlı iddialara aydınlıq gətirib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, brifinq zamanı məlumat verib.
Direktor bildirib ki, 4-cü sinfi bitirən şagirdlər üçün “Son zəng” keçirilməsi valideynlərin təşəbbüsü ola bilər, Agentlik məktəblərə belə tapşırıq verməyib:
“Məktəbdənkənar keçirilən tədbirlərə müdaxilə edə bilmərik”.
Gununsesi.info