
İŞİD silahlıları Suriyanın “Əş-Şadad” futbol klubunun dörd oyunçusunu Raqqa şəhərində edam ediblər.
Gununsesi. info-nun APA-ya istinadən verdiyi xəbərə görə, silahlılar izdiham qarşısında dördü idmançı olmaqla beş nəfərin başını kəsərək edam ediblər. Tükürpədici qanlı hadisə şəhərin mərkəzi Əl-Dəllə meydanında baş verib.
“Daily Mail”in xəbərinə görə, terrorçular futbolçuları kürd silahlı birləşmələrinə casusluqda ittiham olunublar.
Gununsesi.info