
Çinin ən varlı qadını Yan Huiyan birjalarda həyata keçirdiyi ticari əməliyyatlar nəticəsində 4 gün ərzində varidatını 2,06 milyard dollar artırıb.
Gununsesi.info “Bloomberg”ə istinadən xəbər verir ki, çinli xanım bu əməliyyatı 2018-ci ilin ilk günlərində həyata keçirməsi nəticəsində vardiatını 2,06 milyard dollar artırmaqla 25,6 mlrd dollara çatdırıb.
Yan Huiyan “Country Garden Holdings” şirkətinin nəzarət paketinə sahibdir. 2017-ci ilin sonunda onun varidatı 23,6 mlrd dollar təşkil edib.
“Bloomberg”in yazdığına görə, bununla da çinli xanım 2018-ci ildə gəlirlərini bu səviyyədə artıqmaqla dünyadakı iş adamları sırasında birinci onluğa düşüb.
Bu siyahıya Amazon.com-un yradıcısı Ceff Bezos liderlik edir. 2018-ci ildə C.Bezos öz varidatını 4,71 mlrd dollar artıqmağa nail olub. C.Bezos hətta bir gün ərzində varidatının həcmini 1,54 mlrd dollar artırmağa nail olub. Y.Huiyan isə son gündə gəlirinin həcmini 1,09 mlrd dollar artıra bilib. Bununla da o, Zaranın yaradıcısı Amansio Orteqa ilə ikinci yeri bölüşüb.
Gununsesi.info