4 gündən sonra toyu olacaq Fahriye ilə Burak küsdü

  • By admin
  • 25 İyun 2017 21:29

124610_u51ar6o55r
Ötən gün xınası olan Fahriyyə Evcen və Burak Özçivitin arası dəyib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, nişanlı cütlük Cihangirdə kafelərdən birində yemək yeyərkən Burakın eks sevgilisi Ceylan Çapa da orada olub.

Aktrisa ilə qarşı-qarşıya oturan Ceylan Özçivit haqda yüksək səslə danışıb gülüb. Bundan əsəbləşən Evcen yeməyini bitirmədən restoranı tərk edib.

Qeyd edək ki, 3 ildir sevgili olan Fahriye ilə Burakın toyu iyunun 29-da keçiriləcək.

Gununsesi.info