Ağdamda 4 il əvvəl ölən qızın meyiti tapılıb.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.
Meyiti tapılan şəxsin qəsəbə sakini, 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızı olduğu bildirilir.
Meyit hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkara çıxarılıb.
Faktla bağlı araşdırmalar aparılır.