4 milyona yaxın gənc endirimli olaraq qatarlarla səyahət edib

  • By Günel
  • 14 Avqust 2024 15:11

Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, 2024-cü ilin əvvəlindən bu yana, 13-26 yaş arası 3 milyon 785 min, 622 gəncin yüzdə 15 endirimdən faydalanaraq, gənclərə verilən qatarla səyahət etdiyini açıqlayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir Uraloğlu, “Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə son 22 ildə həyata keçirdiyimiz dəmir yolu prioritet siyasətləri sayəsində gənclərimizin qatar səyahətinə marağı günü-gündən artır. Ölkəmizi yüksək yürətli qatarla tanış etmək və adi xətlərdə etdiyimiz təkmilləşdirmələrlə səyahətin rahatlığını artırmağımız dəmiryolunun daha çox populyar olmasına səbəb olub,” – deyə o qeyd edib.

Nazir Uraloğlu, gənclər üçün qatar endirimini tətbiq etmələrinin bir neçə mühüm səbəbinin olduğunu vurğulayaraq: “Təhsil və ya iş həyatının başlanğıcında olan gənclərimizi nəzərə alaraq, bu endirim fürsətini onların səyahət etmələri üçün təklif etdik. Beləliklə, həm onlara maddi dəstək vermək, həm ekoloji cəhətdən təmiz səyahət variantı olan dəmir yolu ilə gənclərimizi bu cür nəqliyyat alternativlərinə yönəltmək, təbiətin mühafizəsi ilə bağlı maarifləndirməni artıraraq, ölkəmizin gələcək nəqliyyat siyasətinə istiqamət verməyi məqsədi daşıyırıq”,- deyə bildirib.

Hər bir gəncin Türkiyənin 4 bir yanını kəşf etməsini arzuladıqlarını ifadə edən nazir Uraloğlu, gələcəkdə bu cür endirimlərlə daha çox gəncin dəmiryolu nəqliyyatına üstünlük verməsini hədəflədiklərini bildirib.

4 milyona yakın genç indirimli olarak trenlerle seyahat etti

 

4 milyona yakın genç indirimli olarak trenlerle seyahat etti

Günel

Gununsesi.info