4 minə yaxın şəxs daimi yaşamaq üçün Azərbaycanı seçib

Ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3638 nəfər gəlib.

Bu barədə Gununsesi.info-ya Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilib ki, Azərbaycandan gedən 2483 nəfər qeydə alınıb.

Miqrasiya saldosu ölkə üzrə müsbət 1155 nəfər təşkil edib.

 

 

Gununsesi.info