4 mindən çox “Mazda” geri çağırılır

  • By admin
  • 21 İyun 2017 10:00

Mazda logo

“Mazda Motor Rus” şirkəti Rusiyada 4,5 mindən çox avtomobili geri çağırıb.

Gununsesi.info-nun məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2005-2010-cu illərdə Rusiyada satılmış “Mazda 5” modellərinə şamil olunur.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Gununsesi.info