4 nəfəri it dişlədi

  • By admin
  • 10 Avqust 2016 15:32

fa13b0a0f47981b90cc47a4390258f48

Ağdam rayonunda it dişləmə faktları çoxalıb.

Gununsesi.info-nun APA-nın Qarabağ bürosuna istinadən xəbərinə görə, ötən gündən indiyədək 4 nəfər it dişləməsi  xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Ağdam  MRX-dan bildirilib ki, rayonun Əfətli kənd sakini, 2004-cü il təvəllüdlü Əliyev Məsud Sehriban oğlu sağ qolun bilək nahiyəsindən, Quzanlı qəsəbəsinə qonaq gələn Ağcabədi rayonunun Muğanlı kənd sakini, 43 yaşlı Əsədov Əlvan Şöhrət oğlunu sağ ayağının baldır nahiyəsindən, Çəmənli kənd sakini, 1988-ci il təvəllüdlü Şükürov Əli Fehruz oğlunu çiyin nahiyəsindən, Qərvənd kəndində qonaq olan Yüzbaşlı kənd sakini, 16 yaşlı Məmmədov Fərid Habil oğlunu isə ayağından xəsarət alıb.

Zərərçəkənlər quduzluğa qarşı peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Ağdam rayon Baytarlıq Xidməti İdarəsinin rəisi Əli Bağırov bildirib ki, rayonun bütün yaşayış məntəqələrində heyvanların quduzluğa qarşı vaksinasiyası aparılıb. Hazırda idarənin baytar  həkimləri it dişləməsi faktları qeydə alınan yaşayış məntəqələrindəki heyvanları nəzarətə götürərək  profilaktik tədbirləri davam etdirilər.

Gununsesi.info