4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verdi

  • By admin
  • 09 Sentyabr 2016 17:07

c163c8c1965189a243b437ed03ad7afa

Şəkidə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  
Gununsesi.info-nun məlumatına görə, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Şəki regional Mərkəzindən APA-nın Şəki-Zaqatala bürosuna bildirilib ki, hadisə bu gün saat 16.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Şəki rayonunun Cuma kəndi ərazisindən keçən hissəsində baş verib.

HTML tutorial

“Mercedes” markalı avtomobil ilə “VAZ 21011” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Şəki RMX-dan bildirib ki, xəsarət alanlardan ikisinin vəziyyəti nisbətən ağır hesab edilir. Onların şəxsiyyəti hələlik  dəqiqləşdirilməyib. Məlumatda bildirilir ki, xəsarət alanların hamısı “Mercedes” markalı avtomobilin sərnişinləridir.

Faktla bağlı DİN Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Gununsesi.info