4 ölkənin XİN başçısı Səmərqənddə görüşdü

Rusiya, Çin, İranın XİN rəhbərləri və Pakistanın xarici işlər üzrə dövlət naziri Səmərqənddə görüş keçirir.

 

Gununsesi.info “İnterfaks”a istinadən xəbər verir ki, Sergey Lavrov, Çin Qan, Hüseyn Əmir Abdullahian və Rabbani Kharın görüşü qapalı formatda keçirilir.

Qeyd edək ki, aprelin 13-ü Özbəkistanın Səmərqənd şəhərində Əfqanıstanın qonşu ölkələrinin xarici işlər nazirlərinin dördüncü iclası baş tutur. İclasda Rusiya, Çin, İran, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın XİN başçıları iştirak edir.

 

Gununsesi.info