4 PKK-çı təslim oldu – Səbəb

  • By admin
  • 12 İyun 2017 22:30

 pkk

 

İraqın şimalında Hakurk düşərgəsində yaşadıqları qeyri-insani rəftara və təzyiqə dözməyərək qaçan 4 PKK-çı Hakkaridə təhlükəsizlik qüvvələrinə təslim olub.

Axar.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin bu ilin əvvəlindən etibarən keçirdiyi uğurlu əməliyyatlar nəticəsində PKK-çılar arasında daxili münaqişələrin sayının artdığı bildirilib. Nəticədə də terrorçuların sıraları seyrəlməyə başlayıb.

Yeməklə təmin edilən 4 PKK-çı təhlükəsizlik qüvvələrinə təhvil verilib.

 

Gununsesi.info