4 ton yük qaldıra bilən robot yaradıldı- FOTO + VİDEO

4 ton yük qaldıra bilən robot yaradıldı

ABŞ-in “Trailer Valet” şirkəti RVR adlanan mini robotunu təqdim edib.

Gununsesi.info xəbər verir ki, cəmi 44 kiloqram çəkisi olan kiçik cihaz 4 tona qədər həcmində olan yükləri qaldırmaq imkanına malikdir. Yeni məhsul barədə məlumat istehsalçı şirkətin saytında dərc edilib.

Robot enerji ilə doldurulmadan 30 dəqiqə işləyə bilir. Onun maksimal komplektasiyası alıcıya 4 min dollara başa gələcək.

RVR robotları distant olaraq idarə edilir. Şirkət iddia edir ki, balaca zəhmətkeş nəhəng həcmli treyleri cəmi bir düyməni sıxmaqla bir yerdən digər yerə keçirə biləcək.

Ağır tırtıllar RVR-ə asfalt, qravium, ot və palçıq kimi müxtəlif torpaq örtüklərini keçməyə imkan verir.

Qeyd edək ki, NASA Marsın üzərində tədqiqat aparacaq miniatür robotlar yaratmaq niyyətindədir. Belə ki, ölçüsünə görə adi arıdan böyük olmayan cihaz kiçik qanadlarla və təhlil etmək qabiliyyətində olan xüsusi sensorlarla təchiz ediləcək.

Videonu izləmək üçün linkə klikləyin:

https://daytube.az/az/videos/64853/

Gununsesi.info

COMMENTS