4-yaşlı qıza həm evdə, həm də qonşuda zorakılıqlar…

Bakının Qala qəsəbəsində 4-yaşlı Məryəm Hüseynliyə işgəncə verilməsi, onun döyülüb öldürülməsi, meyitin isə quyuya atılması ilə bağlı məhkəmə proseslərindən biri aprelin 10-da yekunlaşıb. İkincisi isə hələ davam edir.

Gununsesi.info xəbər verir ki, uşağın başına gələnlərə görə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub ki, bunlardan biri onun atası Taleh Allahyarov, ikincisi isə qonşuluqda yaşayan Mehman Mansurovdur. Onların işi əvvəlcə birlikdə araşdırılsa da, sonradan məhkəməyə göndəriləndə ayrılıb. Mansurovun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə, Allahyarovun işi isə Xəzər Rayon Məhkəməsinə göndərilib.

Atası uşağa əzab verməkdə ittiham olunur. Cinayət işinin materiallarında iddia edilir ki, Allahyarov qızını döyüb, bədəninə siqaret basıb, hətta boynuna kabeli dolayıb, həmin kabeli tavana bağlayıb.

 

Gununsesi.info