4 yaşlı uşağın mədəsindən qəpik çıxarıldı

  • By admin
  • 21 Noyabr 2016 11:33

xestexana

Azərbaycanda 4 yaşlı uşağın mədəsindən qəpik çıxarılıb.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-mütəxəssisləri tərəfindən bir neçə gün əvvəl mərkəzə yad cisim udması, qusma, ürəkbulanma və halsızlıq  şikayətləri ilə müraciət edən 4 yaşında uşaqda aparılan Rentgen müayinəsi zamanı mədədə yad cismin, qəpiyin olması təsdiq edilib.

RMDM-dən Gununsesi.info-ya verilən məlumata görə, nəticədə yad cismin endoskopik yolla xaric edilməsinə qərar verilib.

RMDM-in həkim-ümumi cərrahı İbrahim Əfəndiyev, həkim-qastroenteroloq Cəmil Kamilli və həkim-anestezioloq Rasim Əliyevin birgə səyi nəticəsində yad cismin xaric edilməsi fəsadsız başa çatdırılıb və uşaq tam sağlam vəziyyətdə evə yola salınıb.

Gununsesi.info