

Xəbər verdiyimiz kimi, elan saytlarının birində 1 aylıq uşaq 10 min manata satışa çıxarılıb. Elan yerləşdiriləndən sonra isə bu, sosial mediada rezonans yaratdı.
Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı big.az-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov körpə uşağın satışa çıxarılmasının cinayət tərkibi olmadığını bildirdi:
“Burada nə var ki? O elanı sayta yerləşdirən adamın etirafını eşitmədiniz? O, çox peşmandır. Onun satmaq niyyəti olub, sonradan peşman olduğu üçün səhvini etiraf edib, burada polislik nə var ki? Niyyət etmək cinayət deyil axı?!
Gununsesi.info