40 il qabaq Yay Olimpiya Oyunlarının simvolunu yaratmış rəssam öldü

1980-ci ildə SSRİ-nin paytaxtı Moskvada keçirilən Yay Olimpiya Oyunlarının simvoluna çevrilmiş nəhəng ayı balasının, yəni “Mişka”nın müəllifi, uşaq rəssamı Viktor Çijikov 84 yaşında vəfat edib. 
Gununsesi.org-un məlumatına görə, rəssamın ailəsi ölümün Kovid-19 virusu ilə bağlı olmadığını bildirib.
Rəssam Çijikov 40 ildən çox uşaq ədəbiyyatının nəşri, eləcə də təbliği ilə məşğul olan “Uşaq ədəbiyyatı” nəşriyyatı ilə əməkdaşlıq edib. Balacaların sevimli dostu adlandırılan Çijikov həmçinin “Malış” nəşriyyatının uşaqlar üçün buraxdığı kitablara illüstrasiyalar çəkib.
Gununsesi.org