40 min hektarlıq ərazi külə döndü

  • By admin
  • 20 İyul 2022 19:52

Portuqaliyada rekord hava istiliyinə görə başlayan yanğınlar son üç həftə ərzində minlərlə hektar meşəlik ərazini külə çevirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The News Portugal” məlumat yayıb.

Məlumata görə, bu il ölkədə 40 min hektara yaxın ərazi yanıb.

Nəşrin verdiyi məlumatda qeyd edilir ki, hökumətin yanğınlarla mübarizə apara bilməməsi isə sosial şəbəkələrin Portuqaliya seqmentində kəskin qınaq obyektinə səbəb olub.

Gununsesi.info