Böyük Britaniyanın yeni baş naziri Keir Starmer həbsxanalardakı kritik sıxlıq səbəbindən 40 min məhbusu azad etməyi planlaşdırır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, amnistiya yaxın həftə ərzində baş tutacaq.
Bildirilir ki, cinsi zorakılıq, zorakılıq və ya terrorla əlaqəli olmayan cinayətlərdə təqsirli bilinən, habelə cəzasının yarıdan azını çəkmiş məhbuslar azadlığa buraxıla biləcəklər.
Bundan əvvəl Böyük Britaniyanın Leyboristlər Partiyası son 14 ildə ilk dəfə parlament seçkilərində qalib gəlib.
İyulun 5-də Böyük Britaniyanın yeni baş naziri Rid Starmer Devid Lammini xarici işlər naziri vəzifəsinə təyin edib.
Şəbnəm
Gununsesi.info