Fətullah Gülən təşkilatının şifreli yazşma mexanizmi deşifrə olunub Təhlükəsilzik xidmətinin əməkdaşının verdiyi məlumata görə, Fətullah Gülən Camaatının on minlərcə üzvünün şifrəli və gizli yazışmaları hərbi çevrilişdən öncə müəyyən olunub. “Bu uzun müddət aparılan bir əməyin nəticəsidir. Paralel dövlət qurulması istiqamətində aparılan gizli xəbərləşmə mexanizmi ortaya çıxarılıb. Bu şifrəli mesajlar nəticəsində 40 mindən artıq insanın adı, telefon əlaqələri, kimlik nömrələri təsbit edilib”.
Gununsesi.info “cnnturk”a istinadən xəbər verir ki, xüsusi xidmət orqanının əməkdaşı deyib ki, bu bilgilər Baş Qərargahda və Təhlükəsizlik qurumlarında deşifrə edilib: “Bunu fərq edən Fətullah Gülən Camaatı çevriliş palnlarını tezləşdirməyə çalışıblar”. Xüsusi xidmət orqan əməkdaşı deyib ki, şifrəli yazışmanı Fətullah Gülənin icazə verdiyi şəxslər tərəfindən həyata keçirilib. Gizli yazışmalar deşifrə edilən insanlar arasında əsasən hərbçilər, polis, elm adamları, müstəntiqlər, prokurorlar, həkimlər və digər insanlar olub. CNNTurk yazır ki, çevriliş cəhdindən 3 gün öncə, iyulun 12-də 600 zabitin Paralel dövlət qurulmasında əli olduğu təsbit edilib. “Bu məlumatlar Baş Qəraqgaha təqdim ediləcəkdi. Onların məsələsi avqust ayında Yüksək Əsgəri Şurada qaldırılıb ordudan uzaqlaşdırlacaqdı”.
CNNTurk digər bir mənbəyə görə 110 min insanın şifrəli yazışmasının olduğunu qeyd edib. Məhz bunun nəticəsidir ki, 15 iyul hadisələrinə görə, 50 minə yaxın insan öz vəzifəsindən çıxarılıb. Minlərcə insan isə həbs edilib.
Gununsesi.info