40 mindən çox dövlət qulluqçusu işdən azad olunub

  • By admin
  • 02 Sentyabr 2016 11:13

turk 

Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində Türkiyədə 40 mindən çox dövlət qulluqçusu işdən azad olunub.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hökumət bu boşluğu doldurmaq məqsədi ilə 673 saylı qanunun tətbiqinə start verib. Qanunda qeyd olunur ki, öz istəyi ilə təqaüdə çıxan hakim və prokurorlar peşələrinə geri dönə biləcəklər. Həmçinin xaricdə Gülən məktəblərində təhsil alanların diplomaları ləğv edilib. 

Qeyd edək ki, bu günə kimi dövlət çevrilişinə cəhdin təşkilində ittiham olunan 7 min 699 təhlükəsizlik əməkdaşı, 24 qubernator və 100-dən çox qubernator köməkçisi işdən azad olunublar.

Anar

Gununsesi.info