“40 minlik şəhər salmaq, insanları köçürmək asan məsələ deyil” - BAŞ NAZİRİN MÜAVİNİ

  • By admin
  • 26 Sentyabr 2017 11:18

abid_serifov_esas

“Sovetski”də gələn ilədək söküntü nəzərdə tutulmur”.

Gununsesi.info-nun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

O bildirib ki, ilkin layihədə “Sovetski”də 10 min evin sökülməsi nəzərdə tutulub: “Lakin 10 min evi 4-ə vuranda 40 min alınır. 40 minlik şəhər salmaq, insanları köçürmək asan məsələ deyil. Buna böyük vəsait, vaxt tələb olunur. “Sovetski”də insanları bəladan xilas etdik. Gözəl yollar, yaxşı parklar salınır”.

Gununsesi.info