40 ölkənin müdafiə naziri Ukrayna üçün toplandı

  • By admin
  • 27 Aprel 2022 17:23

Dünyanın 40 ölkəsinin müdafiə nazirləri ABŞ-ın Almaniyadakı hərbi bazasında toplanıb.

 

Gununsesi.infio-nun xəbərinə görə,  NATO üzvləri və Rusiya işğalına qarşı çıxan digər ölkələrin müdafiə nazirləri və hərbi rəhbərliklərinin qapalı toplantısındABŞ Ordusunun generalı Mark Milli çıxış.edib.

O, deyib ki, qarşıdakı həftələr Ukraynanın Rusiyaya qarşı dirənişi baxımından həlledici olacaq və buna görə də Qərb dövlətləri bütün potensiallarından istifadə edərək, Ukraynaya kömək etməlidirlər: “Zaman Ukraynanın tərəfində deyil. Qarşıda kritik həftələr var. Bu döyüşün nəticəsi bu gün buradakı, bu toplantıdakı adamların qərarlarından asılıdır. Ukraynalılar savaşacaqlar. Biz əmin olmalıyıq ki, onların mübarizə üçün vasitələri var”.

Gununsesi.info