40 yaşlı kişi bıçaqlandı

  • By admin
  • 12 Oktyabr 2017 22:01

Bicaqlama

Qazaxda bıçaqlanma olub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, rayonun Quşçu Ayrım kənd sakini, 1978-ci il təvəllüdlü Şahmurad Qaracayev bıçaq xəsarətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Ş. Qaracayevin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır.

Gununsesi.info