40 yaşlı qadın ona çılpaq şəkil göndərən müdirini etdiyinə peşman etdi

  • By admin
  • 10 Mart 2020 23:11
İngiltərədə avtomagistralda çalışan 40 yaşlı qadın “Çox ehtiraslısan” deyib ona çılpaq şəkillərini göndərən 53 yaşlı müdirini etdiyinə peşman edib. Qadın müdirini məhkəməyə verərək haqqında cinsi təcavüz iddiası qaldırıb.
 
Gununsesiaz.info xəbər verir ki, müdiri iki uşaq anası olan qadının sosial media hesabına və telefonuna 2 ay ərzində cəmi 2 min 500 mesaj göndərib. Qadın müdirinə aralarında iş münasibətindən başqa heç bir şey olmayacağını bildirsə də, adam qadını narahat etməyə davam edib.
İki ayın sonunda artıq səbri tükənən qadın müdirini məhkəməyə verib və məhkəmə adamın qadına 74 min sterliq pul ödəməsinə qərar çıxarıb.