400-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 400-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 172 900 hərbçi, 3610 ədəd tank, 6974 ədəd zirehli döyüş maşını, 2671 ədəd artilleriya sistemi, 526 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 278 hava hücumundan müdafiə sistemi, 306 ədəd hərbi təyyarə, 291 ədəd helikopter, 5518 ədəd avtomobil texnikası, 2239 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 291 xüsusi avadanlıq itirib.

 

Gununsesi.info