Kaliforniya ştatının İrvin universitetində bir qrup araşdırmaçı 400 il işləyə bilən yeni nanobatareya kəşf ediblər.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, nanobatareya təsadüfən yaradılıb və 200 min dəfə enerji ilə doldurula bilər. Sözügedən nanobatareya uzun müddət fasiləsiz işləmə gücünə malik olacaq.
Qeyd edək ki, üç ay müddətində batareya testdən keçirilib.Test sınaqları zamanı nanobatareya öz enerjisini itirməyib.
Anar
Gununsesi.info