“400 kilometr sərhəddimiz müdafiəsiz qalıb, kim qoruyacaq?” – Erməni kəşfiyyat xidmətinin keçmiş sədri

  • By admin
  • 25 Noyabr 2020 15:45

“Paşinyanın istefası cəmiyyətin mütləq əksəriyyətinin tələbidir”.

Gununsesi.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu sözləri eks-təhlükəsizlik xidməti direktoru, “Vətən” partiyasının sədri Artur Vanetsyan söyləyib.

O, aclıq aksiyası elan etmiş keçmiş hakim Qeqam Manukyan və Kim Balayanı ziyarət edib.

“İnsanlar yas içindədi və aydın idi ki, onlar siyasi proseslərdə iştirak etmirlər. Amma təkrar edirəm, bu siyasi proses deyil, sırf Vətənin xilası üçün mübarizədir. Dövlət idarəçiliyi olmadığı üçün 400 kilometrdən artıq sərhədimiz müdafiəsiz qalıb. Kim onu qoruyacaq ?”- deyə Vanetysan deyib.

Gununsesi.org