4005 cəsəd: Ermənistan itkilərinin bir qismini təsdiqlədi

  • By admin
  • 18 Fevral 2021 13:41

Ermənistan 44 günlük müharibədə itkilərinin 4005 nəfərini rəsmən təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyi “aysor” saytının sorğusuna cavabında 3577 cəsədin məhkəmə ekspertizasından keçdiyini, 428 cəsədin üzərində DTN araşdırma aparıldığını bildirib.

Bu, itkilərin 4005-nin rəsmi olaraq təsdiqlənməsidir. Sayt yazır ki, hakimiyyət itkilərin real sayını gizlədir.

Ermənistan mediası müharibədə erməni tərəfinin itkilərinin 10 minə yaxın olduğunu da yazır.

Gununsesi.info