41 işçi 12 gündür dağıntılar altında – Axtarışlar dayandırıldı

  • By admin
  • 24 Noyabr 2023 15:22

Hindistanda 12 gün əvvəl çökən tuneldə qalan işçilərin xilas edilməsi işləri dayandırılıb.

Gununsesi.info xəbər verir ki, Hindistanın Uttarakhand əyalətində çökən tuneldə qalan 41 işçinin xilasetmə işlərinin 12-ci günündə işləyən maşınların olduğu platformanın gücləndirilməsi üçün qısa fasilə verildiyi açıqlanıb.

Səlahiyyətlilər vibrasiyanın qarşısını almaq üçün şnek maşınının yerləşdiyi platformanın gücləndiriləcəyini və işçilərin ümumilikdə yaxşı vəziyyətdə olduğunu bildiriblər.

Əyalətin baş naziri Puşkar Sinq Dhami verdiyi açıqlamada xilasetmə əməliyyatına nəzarət etmək üçün bölgədə ofis qurduğunu bildirib. Endoskopik kamera və radio vasitəsi ilə işçilərlə əlaqə saxladıqlarını vurğulayan Sinq, işçilərin səhhətinin yaxşı olduğunu və təhlükəsiz şəkildə çıxarılacağını bildirib.

Səlahiyyətlilər vurğulayılar ki, işçilər daha kiçik diametrli borular vasitəsilə isti yemək və oksigenlə təmin olunurlar.

Gununsesi.info