41 milyon manatdan çox ziyanın ödənilməsi təmin edildi

Bu il Baş Prokurorluq tərəfindən 41 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə yerləşdirilən məlumatda bildirilib.

HTML tutorial

Qeyd olunub ki, 2021-ci ilin I yarımili ərzində prokurorluq orqanlarında istintaq edilərək tamamlanan cinayət işləri üzrə 41 milyon 72 min 985 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.