
İmişllidə qadını motosiklet vurub.
Gununsesi.info xəbər verir ki, 1977-ci il təvəllüdlü Məmmədova Şamama Şamil qızı rayon mərkəzində yolu keçərkən motosiklet onu vurub. Qadın müxtəlif xəsarətlərlə İmişli rayon xəstəxanasına yerləşdirilib.
Fakt İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırılır.
Gununsesi.info