“”Euro Houme” inşaat materialları mağazasına hansısa şəkildə aidiyyatım yoxdur” – Telman Mehdiyev

  • By admin
  • 12 May 2020 14:43

 ” ”Euro Houme” inşaat materialları mağazasına hər hansısa şəkildə aidiyyatım yoxdur. Bu barədə xəbər doğru deyil”.

Bu sözləri Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Telman Mehdiyev Gununsesi.org saytına ”Euro Houme tikinti materialları bazarının ona məxsus olması ilə bağlı yazılan xəbərə münasibət bildirərkən deyib.

“Mənim heç bir biznesim, ticarət obyektim yoxdur. Bunlar mənə qarşı atılmış böhtandır. Ümumiyyətlə, ”Euro Houme” ilə nə yaxından, nə də uzaqdan əlaqəm var”, – deyə Telman Mehdiyev qeyd edib.

Qeyd edək ki, ötən gün yanan ”Euro Houme”-un Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Telman Mehdiyevə məxsus olması barədə saytımızda xəbər yazılmışdı.

Gununsesi.org