
Diyarbəkir vilayətinin 42 kəndində küçəyə çıxmaq qadağan edilib.
Gununsesi.info İHA-ya istinadən xəbər verir ki, Diyarbəkir valiliyi bölücü terror təşkilatına qarşı həyata keçirilən əməliyyat nəticəsində vilayətin Lice, Kulp, Kocaköy, Hazro və Silvan rayonlarına aid 42 kənddə küçəyə çıxmaq qadağan edildiyini bildirib.
Valilikdən bildirilib ki, əməliyyat terror təşkilatının üzvləri, onlarla işbirliyində olan şəxsləri müəyyən edib zərərsizləşdirmək, terrorçuların istifadə etdiyi sığınacaqlar, yeraltı depoları,onlara məxsus avadanlıq və silah-sursatı ələ keçirimək məqsədi ilə bölgənin dağlıq, meşə ərazilərində həyata keçiriləcək. Ona görə də əməliyyatın həyata keçiriləcəyi ərazilərdə mülki şəxslərə ziyan dəyməsin deyən, onların zəruri işi olmadan küçəyə çıxması qadağan olunub.
Gununsesi.info