42 min erməni Qarabağa qaytarılıb

  • By admin
  • 19 Dekabr 2020 15:12

Rusiya sülhməramlıları Ermənistan ərazisindən Qarabağa qayıdan daha bir qaçqın karvanını müşayiət edir.

Bu barədə erməni mətbuatı məlumat yayıb. Açıqlamaya görə daha 470 nəfər Yerevandan Xankəndinə aparılıb. Məlumatda ümumilikdə 42 mindən çox erməninin Qarabağa qaytarıldığı diqqətə çatdırılıb.

Həmçinin Rus sülhməramlılarının onlara humanitar yardım göstərdiyi də qeyd olunub.

 

Gununsesi.info