420 neftçi dənizdən təxliyə edildi - İbrahim Əhmədov

  • By admin
  • 02 Dekabr 2019 11:11

SOCAR hava şəraitinin kəskinləməsilə bağlı dənizdə təxliyə tədbirləri həyata keçirib.

Gununsesi.org Modern.az-a istinadən xəbər verir ki, İbrahim Əhmədov qeyd edib ki, təxliyə təsbirlərinə dünən səhər başlanıb və axşama qədər başa çatdırılıb:

“420 nəfərə yaxın əməkdaşımız təxliyə olunub. Hava şəraiti normallaşdıqdan sonra onlar iş yerlərinə qaytarılacaq”.

SOCAR rəsmisinin sözlərinə görə, bununla yanaşı bütün təhlükəsizlik tədbirləri gücləndirilib və mümkün fövqəladə vəziyyətin qarşısının alınması üçün növbətçilik keçirilir.

Gununsesi.org