Xəbər verdiyimiz kimi, iyunun 14-də Mingəçevridə ağır avotomobil qəzası baş vermişdi.6 nəfərin xəsarət aldığı hadisə zamanı yaralılardan biri xəstəxanaya çatdırılsa da, onun həyatını qurtarmaq mümkün olmamışdı.
Gununsesi.org xəbər verir ki, hadisə qəza zamanı yaralanan gənc Elgiz Xudiyevin vəziyyəti ağırdır. O, baş-beyin əzilməsi, qolların və ayaqların ağır travması zədəsi alıb. Valideynləri Elgiz Xudiyevi müalicə üçün paytaxta və ya Gəncədəki xəstəxanalardan birinə aparmaq istəsələr də, mümkün olmayıb. Mingəçevirdə isə eyni sahə üzrə ixtisaslaşmış həkim olmadığından yaralının vəziyyəti ağır olaraq qalır.
Hadisə zamanı xəsarətlər alan Elgiz Xudiyevin fotolarını sizə təqdim edirik: