2003-cü ilin dekabrında 8 ay müddətində gizləndiyi tuneldən əsgərlər tərəfindən təhqiramiz şəkildə çıxarılan Səddam Hüseynin görkəmi yəqin ki, hamının xatirindədir: uzun saqqal, kir içində olan sifət və saçlar və ən əsası dəhşətdən nə etdiyini bilməyən, gah ora, gah da bura baxan qorxu dolu gözlər…
Amma həmin an dili heç bir söz tutmayan, əsgərlərin təhqiredici gülüşləri və sözləri qarşısında donub qalan Səddamı ən çox bir məsələ düşündürürdü: görəsən, onu və ona qədər olan mühafizə səddini kim ifşa edib, əsgərlərə bu informasiyanı kim verib.Sonradan dünya mətbuatı onun necə yaxalanması haqqında maraqlı məlumatlar yazdı.
Gununsesi.info bu faktlardan daha dəqiq olanını təqdim edir:
Səddam uzun müddət anadan olduğu Tikrit bölgəsində Əl-Hadra adlanan xurma bağçasının düz ortasında yer altındakı tuneldə gizlənmişdi. Onu yaxalayan zaman yanında 750 min dollar pul, bir avtomat var idi. Səddamı yaxalayan ABŞ generalı Odeirnonun sözlərinə görə, Tirkit vilayətində diktatorun yaxın adamları arasında 10 gün sorğu-sual aparılıb. Sonda onlardan yalnız bir nəfəri ipucu verib. 600 ABŞ əsgəri ilə aparılan yaxalama əməliyyatı nəhayət ki, öz məntiqi sonluğunu tapmışdı. Generalın sözlərinə görə, Səddamın əlində silah olsa da, heç bir reaksiya vermədi.
Səddamı ifşa edən isə Salih adlı bir tanışı olub. Qəribə fiziki görkəmə malik olan bu bəstəboyun sonradan çəkilən fotoları dünya mətbuatlnln gündəmindən uzun müddət çəkilmədi. Amma Samir adlı daha bir iraqlı isə Səddamın dar kanalizasiya borusundan çıxarması və saqqalından tutaraq onun üzərinə qışqırması da böyük izləmə rekordları qırdı. Samir Səddamın zamınında İraqı tərk edib ABŞ-a sığınan bir mühacir idi. ABŞ ordusunda tərcüməçi kimi çalışan Samir Səddamı yerin altından çıxararaq ona “İraqı niyə bu günə saldın” sualını hiddətlə verir. Səddam da həmin məqamda susmur, “sən kimsən ki, mənimlə belə danışasan? İraq xalqı məni sevir” cavabını verir
Gununsesi.info