43 milyonluq sərvətdən gənc arvadına bir qəpik də qalmadı - FOTOLAR

  • By admin
  • 28 Sentyabr 2017 21:42

Playboy's 2013 Playmate Of The Year Luncheon Honoring Raquel Pomplun

Xəbər verdiyimiz kimi, məşhur “Playboy” jurnalının təsisçisi Hyu Hefner 91 yaşında Los-Ancelesdəki evində dünyasını dəyişib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, belə məqamda milyarderin sərvətinin kimə qalacağına dair müzakirələr başlayıb.

Qeyd olunur ki, 43 milyon dollar sərvəti olan Hefnerin bütün pullarını övladları alacaq. Onun 3-cü həyat yoldaşı, 30 yaşlı Kristal Harris isə ərinin sərvətindən bir qəpik də ala bilməyəcək.  Belə ki, “Playboy”un təsisçisi ilə Harris arasında nikah müqaviləsi imzalanıb və sənəddə bildirilir ki, Harrisə ərinin vəfatından sonra təmamilə heç nə qalmayacaq.

H. Hefnerin bütün sərvəti müxtəlif  nikahlarından olan 4 uşağına qalıb. Eləcə də pulların bir hissəsi Cənubi Kaliforniya Universitetinin və bir neçə xeyriyyə təşkilatının bank hesabına köçürüləcək.

Qeyd edək ki, Kristal Harris özündən 60 yaş böyük Hyu Henferlə 2012-ci ildə ailə qurub.

file hugh hefner 021212

 

Playboy And Hugh Hefner Host Annual Halloween Party At The Playboy Mansion

 

Playboy Mansion Hosts Annual Halloween Bash

 

Playboy's 2013 Playmate Of The Year Luncheon Honoring Raquel Pomplun

 

Hugh Hefner Arrives At Stansted Airport For Launch Of Playboy Club London

Gununsesi.info