44 “Gülənçi” şirkətdə axtarış

  • By admin
  • 16 Avqust 2016 11:28

gulen

İstanbulda Fetullahcı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdiylə bağlı istintaq çərçivəsində təşkilata maddi dəstək verdikləri üçün haqlarında  iddia qaldırılan  44 şirkətə qarşı bu gün səhər saatlarından başlayaraq, əməliyyat həyata keçirilib.

Gununsesi.info  Anadolu Agentliyinə istinadən xəbər verir ki, İstanbul Təhlükəsizlik  İdarəsi  Maliyyə  Cinayətləriylə  Mübarizə şöbəsinin əməkdaşları  FETÖ-nü  maddi dəstəklə təmin etdikləri ittihamı irəli sürülən 44 şirkətə qarşı  əməliyyat reallaşdırılıb. Eyni zamanda Çevik Qüvvət qruplarının də dəstəyi ilə keçirilən əməliyyatda  başda  məşhur bir holdinqin də olduğu Üsküdar və Ümraniyədəki ünvanlarında axtarış işləri başladılıb. Əməliyyat nəticəsində  sözügedən şirkətlərin idarəçiləri olduğu öyrənilən 120 adam haqqında həbs  qərarı çıxardılıb.

Bu dəqiqələrdə polis qruplarının şirkətlərə aid binalardaki axtarış-əməliyyat işləri davam edir.

Gülnaz Qənbərli

Gununsesi.info