“2020-ci ilə qədər də türkdilli ölkələrin təşkilatı da var idi. Yaranışından 2020-ci ilə qədər olan münasibət və yaxud 2020-ci ildən sonra bu ölkələr arasındakı münasibət olduqca fərqldir. Bu ondan irəli gəlir ki, 2020-ci ildə Azərbaycan Qarabağ problemini tamamilə həll etməklə məsələnin prizmasını dəyişdi. 44 günlük müharibə türk dünyasında bir oyanışa səbəb oldu”. -bu fikirləri Azərbaycan Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.
Gununsesi.info xəbər verir ki, deputat əlavə edib ki, hətta türk dövlətlərinin başçılarından biri İrəvanda uydurma erməni soyqırım abidəsini ziyarət etmişdi.
“Amma bu gün türk dünyasının birliyininə baxın. Bütün türk dövlətlərində anladılar ki, onların nicatı türk dövlətlərinin birliyindədir.”-deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomatrealda: