44 günlük Vətən müharibəsinin könüllüsü - Qarabağ qazisi Əfqan Zeynalov

  • By admin
  • 11 Dekabr 2021 12:24

Azərbaycan Ordusunun 2-ci Qarabağ savaşında işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbəsindən 1 il ötür. Geridə qoyduğumuz ilə nəzər yetirəndə görürük ki, Azərbaycan xalqı necə birlik olub, düşməni geri otuzdurdu.İstər ön cəbhədə olan igid oğullarımız, istərsə də geri cəbhədə maddi-mənəvi olaraq, orduya kömək olan isnanlarımız sayəsində biz bu möhtəşəm Qələbəni – Zəfər gününü yaşadıq.

HTML tutorial

Müharibə başlayandan orduya dəstək olan sahibkarlardan biridə iş adamı Kəlbəcər rayon sakini, 2-ci qrup Qarabağ qazisi Əfqan Zeynalovdur. Qeyd edək ki, o, 1-ci Qarabağ savaşının döyüşçülərindən olub. Od-alovlu müharibənin hər üzünü görən Əfqan Zeynalov zabit kimi igidliklə vuruşaraq Qarabağ əlili olmuşdu. 44 günlük 2-ci Qarabağ savaşında Əfqan Zeynalov da seyrçi mövqedə qalmayaraq döyüşlərdə iştirak etdi. Qeyd edək ki, həm maddi, həmdə mənəvi olaraq əsgərlərimizin yanında olan 1-ci Qarabağ əlili Əfqan Zeynalovun  Suqovuşan əməliyyatlarında da könüllü kimi fəallığı və dəstəyi danılmazdır.

Onun bu xidmətlərinə görə,  Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik  Kərim Vəliyev və Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru  Mais Bərxudarov onu  fəxri fərmanla təltif ediblər.

Hər iki fərmanda onun Azərbaycan Ordusuna göstərdiyi qayğı və diqqətdən bəhs olunur.

 

Azərbaycan torpaqlarının bütövlüyü naminə var qüvvəsi ilə öz köməkliyini əsirgəməyən Əfqan Zeynalov başqa sosial yönümlü işlərlə də xalqına, millətinə dəstək olmağa çalışıb.

Kəlbəcər rayon sakini, 2-ci qrup Qarabağ Qazisi Zeynalov Əfqan Behbud oğlu COVİD – 19 virusuna qarşı mübarizəyə və vətəndaşları yüksək keyfiyyətli tibbi xidmətlərlə təmin etmək məqsədilə dövlət tərəfindən həyata kecirilən genişmiqyaslı tədbirlərə qoşularaq 3 aylıq təqaüdünü (1500 manat) Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Qeyd edək ki, ölkə üzrə prezidentin təşəbbüsünə qoşulanların sayı minlərlədir və qısa zamanda bu fonda 100 milyona yaxın vəsait köçürülüb. Onlar sırasında Əfqan Zeynalov ilklərdən olub.

Allahdan qazilərimizə sağlıqlı uzun ömür, Şəhidlərimizə rəhmət diləyirik!

Gununsesi.info