44 sm qar yağdı

Ölkə ərazisində müşahidə olunan yağıntılar 11-i gecə saatlarından kəsilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qar örtüyünün hündürlüyü: Qaxda 44 sm, Ağdərədə(Ordubad) 27 sm, Şəkidə 22 sm, Xaltanda 14 sm, Qusar, Qrızda 11 sm, Gədəbəydə 8 sm, Qubada, Yardımlıda, Zaqatala, Şahbuz, Oğuzda, Qobustanda 5 sm olub.

Duman: Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Göyçay, Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu: fevralın 10-da Bakıda temperatur iqlim normasından 4.3° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2°-dək isti, Naxçıvanda 12°-dək şaxta, dağlıq rayonlarda 15-20° şaxta, aran rayonlarında 2°-dək şaxta olub.

Fevralın 12-13-də ölkə ərazisində hava şəraiti sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-ü axşam qısamüddətə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Gununsesi.info