44 yaşlı azərbaycanlı Strasburqda öldürüldü

  • By admin
  • 06 Avqust 2017 15:06

intihar bicaq
Fransa vətəndaşı olan 44 yaşlı azərbaycanlı Strasburqda qətlə yetirilib.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, Strasburqda Türkiyə vətəndaşları ilə aralarında yaranmış münaqişə zəminində Şirvan şəhərindən olan Fransa vətəndaşı, 1973-cü il təvəllüdlü Rəsulov Adil Əmirxan oğlu bıçaqlanaraq qətlə yetirilib.

Hadisənin törədilməsində şübhəli bilinən 3 nəfər saxlanılıb. Hazırda A.Rəsulovun meyiti şəhər morqlarından birində saxlanılır. Meyit bazar ertəsi pataloq anatom tərəfindən müayinə olunduqdan sonra Azərbaycana yola salınacaq.

Faktla bağlı Fransanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info