440 abituriyent tələbə olmaq istəmədi

  • By admin
  • 11 Avqust 2016 11:09

TQDK

Ali təhsil müəssisələrində ixtisas seçimində iştirak edən 440 abituriyent ərizəsini təsdiq etməkdən imtina edib.

Tələbə Qəbuluü zrə Dövlət Komissiyasından Gununsesi.info-ya verilən məlumata görə, həmin abituriyentlər ərizələrinə daxil olub, doldursalar da, təsdiqlətməyiblər.

Məlumatda həmçinin bildirilib ki, 29 iyul-10 avqust aralığında keçirilən ali təhsil müəssisələrinə ixtisas seçimində 38 114 abituriyent ərizəsini təsdiq edib.

Xatırladaq ki, iyul ayının 29-dan başlayan ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarında ixtisas seçimi ötən gecə – 10 avqustda saat 24:00-da başa çatıb.