ABŞ səfiri vəkillərlə görüşdü

ABŞ səfiri D.Litzenberger vəkil Bəhruz Bayramov və Nemət kərimli ilə görüşüb.

Görüş barədə Gununsesi.info-ya açıqlamasında Bəhruz Bayramov bildirib ki, Amerika səfiri ilə Azərbaycanda insan hüquqlarının durumu, vəkillik sahəsindəki mövcud vəziyyət  və bir sıra məsələlər barədə müzakirələr aparıblar:
“Bu görüşdən qənaətim ondan ibarət oldu ki, cənab səfir Azərbaycanda insan hüquqları sahəsində vəziyyət barədə tam məlumatlıdır. Səfir bizimlə söhbətində, həmçinin onu maraqlandıran bir sıra məsələlər barədə soruşdu”.

Vəkil deyib ki, görüşdə Tofiq Yaqublu və Fuad Qəhrəmanlı mövzusuna da toxunulub.

Gununsesi.info